Ermənistan çirkin əməllərindən əl çəkmir, Laçın  dəhlizi bağlanmalıdır- Politoloqbackend

Ermənistan çirkin əməllərindən əl çəkmir, Laçın dəhlizi bağlanmalıdır- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən gün Qubadlı rayonun Ermənistanla sərhəddə iki erməni hərbiçisinin Azərbaycan sərhədçisinə hücumu və sinəsindən bıçaqla yaralaması göstərir ki, bu ölkəyə qarşı sərt addımlar atılmalıdır. Azərbaycan tərəfi buna qarşı Gorus -Qafan yolunu bağlayıb. Ümumiyyətlə, Qubadlı ərazisindən keçən Gorus-Qafan yolu bağlanmalıdır. Çünki, Ermənistan tərəfi sərhədlərin delimitasiyasından yayınır və “Zəngəzur”dəhlizinin açılmasına getmir. Halbuki Azərbaycan tərəfi Laçın dəhlizindən və Gorus-Qafan yolundan ermənilərin istifadəsinə şərait yaradır. Bunun qarşılığında Ermənistan tərəfi heç bir müsbət addım atmayaraq hərbiçilərimizə qarşı təxribatlara əl atır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Qafan-Gorus yolunda Rusiya hərbiçiləri ermənilərin təhlükəsizliyini təmin edir:

“Buna baxmayaraq Azərbaycan tərəfi bu yolu bağlayıb. Məhz eyni analoji halı Laçın dəhlizində də tətbiq etmək lazımdır. Çünki, bu dəhliz vasitəsilə Ermənistan öz ordusunu və silahları Qarabağa yerləşdirir. Ona görə də Azərbaycan təhlükəsizliyə görə dəhlizi bağlaya bilər.Gorus-Qafan yolunun bağlanması, Ermənistana mesajdır və belə bir hal sabah Laçın dəhlizində də tətbiq edilə bilər. Rusiya Azərbaycana qarşı bununla bağlı hərhansı bir təzyiq edərsə, nəticəsiz qalacaq. Rusiyada artıq bu prosesdə vəziyyətin gərginləşdiyini və maraqlarına zidd olduğunun fərqindədir. Azərbaycanla əlaqələri zərbə altına almaq Rusiya üçün regionda mövqelərinin zəifləməsi deməkdir”.

//Gülnarə Abasova, Editor.az