“Ermənistan çox təhlükəli oyun oynayır- Deputat xəbərdarlıq etdibackend

“Ermənistan çox təhlükəli oyun oynayır”- Deputat xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan çox təhlükəli oyun oynayır. Son parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra Azərbaycan tərəfi Ermənistanın razılaşmalara gedəcəyini gözləyirdi. Lakin əksinə Ermənistan müxtəlif bəhanələr ilə 10 noyabr üçtərəfli bəyannamənin bütün bəndlərini icra etməkdən boyun qaçırdır. Erməni terrorçu qrupları hələ də Qarabağda mövcuddur və istədikləri zaman təxribat törədə bilirlər”.

Bu sözləri Editor.az– a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.

O, bildirib ki, müharibədən sonra Ermənistan çalışır ki, erməni xalqının düşüncələrində yaranmış məğlubiyyət sendromunu qırsın:

“Ermənistan müxtəlif beynəlxalq təşkilatlara, dünya ermənilərinə lobbiçilik edən qüvvələrə Fransa hökuməti, ABŞ-da erməniləri dəstəkləyən bəzi siyasi rəsmilərə müraciət edərək Minsk qrupu həmsədrlik instutunun bərpasına cəhd edirlər. Bunun üçün heç bir əsas yoxdur. Ermənistan hökuməti maksimum çalışır, Qarabağda yaşayan kiçik saylı erməni icması üçün status əldə edə bilsin. Onların törətdiyi bütûn təxribatların arxasında bu məsələlər durur. Müharibədən sonra nəyəsə nail olmağa çalışırlar. Lakin başa düşmürlər ki, bu mümkün deyil. Cənab Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, artıq Dağlıq Qarabağ adında problem yoxdu”.

Millət vəkilinin sözlərinə görə, baş verən proseslərdən ən çox erməni xalqı əziyyət çəkəcək:

“Ermənistan artıq məğlub ölkədir və bunu qəbul etməkdən başqa yolu yoxdur. Nikol Paşinyan və Ermənistanda mövcud olan revanşist qüvvələr bundan nəticə çıxartmalıdır. Əks təqdirdə regionda uzunmüddətli sabitliyin saxlanılması və sülhün bərpa olunması mümkün deyil. Ermənistan məğlubiyyət şərtlərinə əməl etmir buna görə müharibənin yenidən baş vermə ehtimalı hər zaman gündəmdədir. Lakin hesab edirəm ki, Azərbaycan tərəfi hər zaman olduğu kimi diplomatik yolla, hüquqi müstəvidə problemin həllinə nail olacaq”.

//Gülnarə Abasova, Editor.az