Ermənistan da Avropa İttifaqını istəyirbackend

Ermənistan da Avropa İttifaqını istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə və Aİ üzvlüyünə namizəd statusu almağa hazır olduğunu açıqlayıb.

Siyasətçi bildirib ki, İrəvan bu istiqamətdə hərəkət etmək niyyətindədir. Onun sözlərinə görə, bu, Ermənistanı maksimum təhlükəsizliklə təmin edəcək.

“Bu gün demokratiyadır, demokratik ölkə olmaq ən böyük təhlükəsizlik sistemidir. İnanırıq ki, təhlükəsizliyimiz demokratik bir ölkə olmaqda və demokratik sistemlə sıx əməkdaşlıq etməkdədir”, – Alen Simonyan deyib.

//Samir Qurbanov, Editor.az