“Ermənistan da bunları başa düşdüyü üçün tədbirə qatılmağı özünə rəva bilməyib”- ŞƏRHbackend

“Ermənistan da bunları başa düşdüyü üçün tədbirə qatılmağı özünə rəva bilməyib”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan dövləti dünyanın bütün dövlətlərinin razılığı ilə COP29 adlı BMT-nin ekoloji tədbirini keçirmək üçün məkan seçildi. COP29-da Azərbaycanın öz imkan və təşkilatçılıq qabiliyyətini göstərmək üçün mühüm platformadır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, COP29 -da ölkələrin iştirakı isə Azərbaycanın yox, həmin ölkələrin öz inisiativində olan məsələdir:

“Azərbaycan hər hansı dövlətin bu tədbirə gəlməsində maraqlı ölkə deyil, o cümlədən də, Ermənistanın. Ölkələr bu tədbirə öz talelələrinə biganə qalmadıqlarını göstərmək üçün gəlirlər. Əgər hansısa ölkə və ya təşkilat üzrsüz səbəbdən hansısa bəhanələrlə tədbirdə iştirakdan boyun qaçırırsa, bu, onların dünyanın ekoloji problemlərinin həllinə töhfə vermək bacarığının olmadığı qənaətini hasil edir. Ermənistanın əslində bu tədbirdə iştirakı heç nəyi dəyişməyəcəkdi. Ermənistanın özünə yardım lazımdır. Ondan hansısa dünyəvi problemin həllinə yardım və ya dəstək gözləmək sadəlövhlük olardı. Ermənistanın ekologiyaya vurduğu ziyan göz önündədir. Azərbaycan torpaqlarının işğalı zamanı törətdikləri vəhşiliklərin izləri hələ də yerindədir. Odur ki, Ermənistanın tədbirə gəlməsindən gəlməməsi daha məqsədəuyğundur. Görünən odur ki, Ermənistan da bunları başa düşdüyü üçün tədbirə qatılmağı özünə rəva bilməyib”.

//Gülnarə Abasova, Editor.az