Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılması lazımdır, çünki artıq “ikinci tərəfin səlahiyyəti” yoxdur.
Editor.az APA-ya istinadən bildirir ki, Alen Simonyan bu barədə parlamentin sessiyası zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın “üç illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmadığına” dair suala cavabında bildirib.
Bununla yanaşı, Ermənistan parlamentinin sədri bildirib ki, onun üçün artıq “Dağlıq Qarabağın vəzifəli şəxsləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini yoxdur və o, bir hüquqşünas kimi hesab edir ki, sözügedən formatın ləğvi məsələsini ciddi şəkildə müzakirə etmək lazımdır.