Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edibbackend

Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycana delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini təhvil verib”.

Bu barədə hökumət iclasında baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini bu yaxınlarda təqdim ediblər.

“Biz bu sənədə cavab gözləyirik”, – baş nazir bildirib.

Eyni zamanda, o qeyd edib ki, sülh müqaviləsinin imzalanması üzrə işin üç mərhələsi – təkliflər mübadiləsi artıq bitib.

“Bu istiqamətdə işlər davam etdirilməlidir”, – deyə o əlavə edib.

Nikol Paşinyan qeyd edib ki, bu iş həmişə üzbəüz görüşlər tələb etmir.