Ermənistan dəqiq tarix açıqladı:”İyunun 1-də…”-AÇIQLAMAbackend

Ermənistan dəqiq tarix açıqladı:”İyunun 1-də…”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görüşdə müzakirə olunan məsələlər Ermənistanın təklif etdiyi sənədlər üzərindən getmir. Azərbaycanın beynəlxalq hüquqa əsasən hazırladığı 5 prinsip müzakirə obyektidir”.

Bu fikirləri Editor.az-a iqtisadçı ekspert Natiq Cəfərli Ermənistan baş naziri Nikol Paşinyanın deputatlarla görüşü zamanı “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin şərtləri Vaşinqtonda müzakirə edilir və iyunun 1-də Kişinyovda sülh müqaviləsi imzalanarsa şad olaram”, fikirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi şərtlər əsasında müəyyən sənədlərin hazırlanma prosesi başlayacaq:

“Burada məsələnin yeganə həll yolu qarşılıqlı ərazi bütövlüyünün tanınmasıdır. Əgər Ermənistan Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıyarsa, məsələ həll olunar. Ona görə də hər şey ermənilərin tutduğu mövqedən asılı olacaq. Əgər qarşılıqlı ərazi bütövlüyünü tanımağa və bunu rəsmi imza ilə təsdiq etməyə hazırdırlarsa, sülh müqaviləsinin imzalanması da mümkündür”.

//Safura Bənnayeva, Editor.az