Ermənistan DİN-dən Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı AÇIQLAMAbackend

Ermənistan DİN-dən Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın daxili işlər naziri Vahe Qazaryan azərbaycanlı idmançı Kamil Zeynallının bir qədər əvvəl Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və daha sonra azadlığa buraxılması barədə açıqlama verib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, Qazaryan bu barədə jurnalistlərlə danışıb.

Onun sözlərinə görə, Ermənistan tərəfi Rusiyanın göndərdiyi sorğunu dərhal cavablandırıb.

“Biz öz funksiyamızı tam yerinə yetirdik. Sorğu göndərildi və onu dərhal, elə həmin gün cavablandırdıq”, – o deyib.

Qazaryan bunun beynəlxalq axtarış verildiyi zaman standart prosedur olduğunu bildirib.

Xatırladaq ki, 21 fevral tarixində Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb. Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib.

Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi Səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Fevralın 21-də səhər tezdən Səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.

Həmin gün Kamil Zeynallı sərbəst buraxılıb və 22 fevral tarixində Azərbaycana qayıdıb.