Ermənistan dünənə kimi Ukrayna böhranına müsbət yanaşırdı: İndi nə dəyişdi?backend

Ermənistan dünənə kimi Ukrayna böhranına müsbət yanaşırdı: İndi nə dəyişdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan dünənə kimi Rusiyanın Ukrayna işğalına müsbət yanaşırdı. Bu, o vaxtlar idi ki, hələ Qarabağda ermənilər yaşayırdı və Rusiya da onların qoruyucusu kimi qarantor rolunda çıxış edirdi. Belə ki, Rusiya Ukraynada yaşayan rusları qorumaq üçün Ukrayna işğalına başlayıb və Ermənistan da Qarabağda yaşayan erməniləri qorumaq üçün Azərbaycan ərazilərinin ruslar tərəfindən dolayısı ilə işğalına haqq qazandırırdılar”.

Bu sözləri Editor.az-a politoloq Azər Qasımov Kremlin sözçüsü Dmitri Peskovun Rusiya və Ermənistanın Ukrayna məsələsində mövqeyinin bir-birinə zidd olması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Politoloq bir müddət sonra regionda vəziyyətin dəyişdiyini bildirib:

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa elədi, ermənilər də etdikləri cinayətlərə görə cəza alacaqlarından qorxub Qarabağdan qaçdılar. Bundan sonra Ermənistanın yadına düşdü ki, Rusiyanın rusları qorumaq adı ilə girdiyi torpaqlar Ukrayna torpaqlarıdır və bu, beynəlxalq qanunlara ziddir. Bu, işğal əməlidir. Dmitri Peskov isə həmişəki kimi öz amplasındadır. Onun başqa nəsə deyəcəyini fikirləşmək də sadəlövhlük olardı. Peskovun birbaşa “Ukraynanı işğal etmək istəyirik” deməsi mümkün deyil. Dünya onsuz da Putin və onun ətrafının danışıqlarına həm gülür, həm də qəzəblə qarşılayır”.

//Gülnarə Abasova, Editor.az