“Ermənistan ehtiyatda olan hərbi qulluqçuları orduya çağırmağı planlaşdırır” – Qarşıdurma qaçılmazdırbackend

“Ermənistan ehtiyatda olan hərbi qulluqçuları orduya çağırmağı planlaşdırır” – Qarşıdurma qaçılmazdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda hərbi hazırlıqlar gücləndirilir. Ermənistan tərəfi ehtiyatda olan 2000-dən artıq hərbi qulluqçunu orduya çağırmağı planlayır. Bura həm sıravi,həm yüksək rütbəli zabitlər, raket, artilleriya, havadan müdafiə sistemi və s. sahələr üzrə mütəxəssislər daxildir”.

Editor.az xəbər verir ki, hərbi təhlilçi David Arutyunov bu barədə Azadlııq radiosunun erməni xidmətinə bildirib. Ekspert deyib ki, “Bu hazırlıqlar o demək deyil ki, irimiqyaslı müharibə gözlənilir. Amma sərhəddəki gərginliyin artması onu göstərir ki, qarşıdurma qaçılmazdır”.

Onun sözlərinə görə, “44 günlük müharibədən sonra Azərbaycan Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demarkasiyası barədə iddialar səsləndirir. Ehtiyyatda olan hərbi qulluqçuların döyüş vəziyyətinə gətirilməsinə Azərbaycanın addımlarına cavab kimi baxmaq olar”.

Yenisabah