Qeyri-döyüş itkilərinin qarşısını almaq üçün istefada olan zabitlər Ermənistan ordusuna qaytarılır.
Milli.Az xəbər verir ki,bu barədə erməni mətbuatı xəbər yayıb.
Ermənistanda 2024-cü ilin yanvarından bəri silahlı qüvvələrdə 26 hərbçinin öldüyü bildirilib. Bu səbəbdən qeyri-döyüş şəraitində ölənlərin sayını azaltmaq üçün istefada olan zabitlər Ermənistan ordusunda xidmətə qaytarıla bilər.
Məlumata görə, Ermənistan hakimiyyət zabitlərin kəskin çatışmazlığını qəbul edib və təcili tədbirlər görülmədən qeyri-döyüş şəraitində artan itkiləri dayandırmağın çətin olacağını başa düşüb.
Oktyabrın 22-də hökumət bu problemi müzakirə edib. Parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədr müavini Armen Xaçatryan “Hərbi xidmət haqqında” qanuna təqaüddə olan zabitlərin pensiyalarını saxlamaqla və maaşlarını almaqla xidmətə qayıtmaq imkanı verən dəyişiklik təklif edib.