Ermənistan energetika sekturunda Azərbaycanla əməkdaşlıq etmək istəyirbackend

Ermənistan energetika sekturunda Azərbaycanla əməkdaşlıq etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycandan Avropa ölkələrinə elektrik enerjisinin ixracı üzrə enerji layihəsində maraqlıdır.

Editor.az bildirir ki, bu sözləri Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransı zamanı deyib.

“Bölgəmiz Cənub və Şimal, Qərb və Şərq arasında çox mühüm marşruta çevrilə bilər. Bütün bunlarda, bütün dövlətlərə iqtisadi layihələrdə iştirak etmək imkanı verildikdə, inklüzivlik çox vacibdir. Bunun yaxşı nümunəsi Ermənistanın böyük maraq göstərdiyi Qara dəniz kabel layihəsidir”, – Nikol Paşinyan deyib. Qaribaşvili həmçinin qeyd edib ki, bu qəbildən olan layihələr region üçün ən yüksək prioritetdir.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında Azərbaycandan Gürcüstan vasitəsilə Avropa ölkələrinə elektrik enerjisi ötürmək üçün kabel xəttinin yaradılması nəzərdə tutulan sənəd imzalanıb.

Daha sonra Bolqarıstan da layihəyə qoşulmaq qərarına gəlib. Layihənin icrası üç-dörd il çəkə bilər.

//Samir Qurbanov, Editor.az