“Ermənistanın törətdiyi təxribatlar onun müstəqil gücdə olmadığını növbəti dəfə nümayiş elətdirir. Bu gün Ermənistanın arxasında dayanan havadarları onu Azərbaycanla gərginliyə təhrik etməyə çalışır. Əlbəttə ki, bütün bu faktlar Ermənistanın müstəqil oyunçu olmadığını, əslində bizim sülh prosesi də daxil olmaqla, bir çox məsələlərdə heç bir formada bu ölkəyə güvənə bilməyəcəyimizi növbəti dəfə xatırlatdı”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Analitik bildirib ki, Ermənistanın müxtəlif ərazilərində özlərinə nümayəndəlik ofisləri açan Avropa İttifaqı missiyası adı altında fəaliyyət göstərən qurumun gözü qabağında belə bir təxribatların baş verməsi Ermənistan ərazilərində oynanan təhlükəli oyunlardan xəbər verir:
“Ona görə də Ermənistanın provakasiyaları üzərindən baş verən gərginliklər həm də Aİ missiyasının günahıdır. Aİ-nın daxilində Fransanın bütün dünyada oynadığı təxribatçı rola qarşı mövqe ortaya qoyulmalıdır. Özəlliklə Ermənistan ərazilərindəki mülki missiya adı altındakı “şou”ya birdəfəlik son verilməlidir. Əks halda təəssüflər olsun ki, regiona dinclik gəlməyəcək və ölkələrarası münasibətlər yaxşılaşa bilməyəcək. Bütövlükdə Aİ Şurası moderatorluğu altında keçirilən görüşlərə ev sahibliyi edən Qərbin Aİ missiyasının yerləşdiyi Ermənistanda belə bir təxribatlara göz yumulması prosesin arxasındakı gücləri ortaya çıxarır”.
//Gülnarə Abasova, Editor.az

