“Ermənistan ərazilərinə Fransa, Kanada və ABŞ qüvvələrini cəlb edir”-Məqsəd nədir?- AÇIQLAMAbackend

“Ermənistan ərazilərinə Fransa, Kanada və ABŞ qüvvələrini cəlb edir”-Məqsəd nədir?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa missiyası mülki müşahidə missiyası adı altında fəaliyyət göstərir”.

Bunu Editor.az-a politoloq Natiq Miri ABŞ səfirliyinin məlumatında “ABŞ Ermənistanda Avropa İttifaqının müşahidə missiyasını dəstəkləyir”-deyə qeyd edilən fikirlərə, ümumiyyətlə Aİ missiyasının son vaxtlarda “müsbət” fəaliyyətinin tez-tez gündəmə gətirilməsinə, eləcə də Qərbin regionda maraqlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ, Fransa və Ermənistan havadarı olan digər ölkələr konkret olaraq öz adına hərbi, yaxud da başqa səviyyədə rəsmi İrəvanda yerləşə bilmirlər:

” Bunu etmək mümkün deyil. Çünki bu Ermənistanı birbaşa Rusiyanın, İranın hədəfinə gətirərdi. Avropa müşahidə missiyasının tərkibi tədricən genişlənir. Bu ad altında Qərb Ermənistanda daha çox yerləşməyə davam edir. Hər bir halda Ermənistan Rusiyanın nüvəsi olduğu KTMT-nin hələ də üzvüdür. Rəsmi Moskvanın nüvəsi olduğu istənilən iqtisadi, hərbi təşkilatların bərabərhüquqlu üzvlərindən biridir. Belə olan halda rəsmi İrəvanın strateji, hərbi müttəfiqi Rusiya və KTMT üzvü olan ölkələr sayılır”.

Politoloqun fikrincə, KTMT-yə üzv olduğu halda başqa bir dövlətin Ermənistanda öz adı ilə hərbi qüvvələrini yerləşdirməsi həmin dövləti və Ermənistanı hədəfə çevirəcək: “Avropa Birliyi bu addımı ilə rəsmi İrəvanda hərbi və kəşfiyyat məlumatları toplamaqla məşğuldur.Həmin kəşfiyyat məlumatları İran və Rusiya hərbi bazası ilə bağlıdır. Rəsmi Moskvanı sıxışdırıb Ermənistandan çıxartmağa çalışırlar. Bu günə qədər hakimiyyətdə olan Nikol Paşinyan hökumətini Qərb dünyası qorumaqla mükəlləfdir. Ona görə də Qərb öz istədiyi geosiyasi maraqlarına nail olana qədər bu cür kəşfiyyat məlumatlarını toplamağa davam edəcək”.

//Safura Bənnayeva, Editor.az