Ermənistan ərazisindəki İran PUA-ları nədən xəbər verir?- Millət vəkilindən ŞƏRHbackend

Ermənistan ərazisindəki İran PUA-ları nədən xəbər verir?- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ müharibəsi başlayandan bu və ya digər formada İranın Ermənistana dəstək verməsi məlum məsələdir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Ermənistanın son təxribatından sonra mediada erməni politoloqun səsləndirdiyi ” ərazidə olan İran PUA-ları vasitəsilə Tehran Ermənistan ərazisinin konkret hissələrinə nəzarət edir və Ermənistan tərəfinin “qanuni qurbanlar” vasitəsilə əraziləri Azərbaycana necə təslim etdiyini müşahidə edir” fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İranın Ermənistana dəstəyi hərbi və iqtisadi sahədə açıq şəkildə özünü göstərir:

“Son günlər tərəflər arasındakı əlaqələr daha da inkişaf edib. Qarabağa 27 separatçının göndərilməsi, Ermənistana raketlərin və İran PUA-larının verilməsi ilə bağlı geniş müzakirələr aparılır. Eyni zamanda, İranın Zəngəzur dəhlizinin açılmasına ciddi şəkildə maneə törətməyə çalışdığını nəzərə alsaq, qeyd olunan məsələlərin doğruluq payı artır”.

Deputat 44 günlük Vətən müharibəsi dövründə də Tehranın İrəvana dəstək verməsi reallığını diqqətə çəkib:

“Koordinatların verilməsi, silahların ötürülməsi, İran ərazisindən texnikaların daşınması kimi məsələlər gündəlikdə idi. Azərbaycan da bu halların qarşısını almaq üçün davamlı addımlar atır. Hesab edirəm ki, ölkəmiz beynəlxalq təşkilatlara dayanmadan müraciət etməli, Ermənistan, İranın bu kimi əməllərinin pislənilməsi istiqamətində işlər görməlidir. Biz ordumuzu daha da gücləndirməliyik”.

//Safura Bənnayeva, Editor.az