Ermənistan ərazisinə 27 ölkə nümayəndəsi yerləşdirilir- Paşinyanın planı nədir?-AÇIQLAMAbackend

Ermənistan ərazisinə 27 ölkə nümayəndəsi yerləşdirilir- Paşinyanın planı nədir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əvvəllər Rusiya vasitəsilə sərhədlərini qorumağa çalışan Ermənistan indi də Azərbaycanla sərhədlərini Avropa İttifaqı missiyası hesabına qorumaq niyyətindədir”.

Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının rəhbəri Markus Ritterin Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının tərkibinin genişləndirilməsi məsələsinin bu ilin sonuna qədər Brüsseldə müzakirə olunacağı və hazırda Müşahidə Missiyasına Aİ üzvlərindən 23, sonra isə Aİ-yə üzv olan 27 ölkənin hamısının daxil ediləcəyi ilə bağlı fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa Missiyasından gələn məhdud sayda kontiningent Ermənistanın sərhəd təhlükəsizliyi məsələsinə ciddi şəkildə töhfə verməyəcək:

“Bu gün Ermənistanın təhlükəsizliyinə zəmanət verəcək ölkə ilk növbədə Azərbaycan, sonra isə Türkiyədir. Rəsmi Bakı və Ankaranın razılığı olmadan İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirmədən, Azərbaycanla sülh müqaviləsi imzalamadan və ərazilərimiz tamamilə erməni işğalından azad olunmadan Ermənistan heç bir zaman özünü təhlükəsiz şəraitdə hiss etməyəcək”.

Ədalət Verdiyevin fikrincə, rəsmi İrəvan üçtərəfli birgə bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün ərazilərinin təhlükəsizliyini təmin etmək məqsədilə digər ölkələrdən yardım almaq məcburiyyətindədir: “Avropa İttifaqına üzv ölkələrin əvvəlcə 23, sonra isə 27 ölkənin nümayəndəsinin Ermənistana yerləşdirilməsi Azərbaycanın 8 kəndinin işğaldan azad edilməməsi faktoru ilə birbaşa bağlıdır”.

//Safura Bənnayeva, Editor.az