Ermənistan əsirliyində olan bütün vətəndaşlarımız qeyri-şərtsiz ölkəmizə geri qaytarılacaq- ŞƏRHbackend

Ermənistan əsirliyində olan bütün vətəndaşlarımız qeyri-şərtsiz ölkəmizə geri qaytarılacaq- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti iki Azərbaycan vətəndaşına qarşı işgəncə və ləyaqəti alçaldan rəftarın lazımi şəkildə araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək əvəzinə, onları uydurma ittihamlarla vətənə qaytarmaqdan imtina edir. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı bildirib.

Məsələ ilə bağlı politoloq Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycan vətəndaşları üzərindən qurduğu manipulyasiyalar iyrəncdir:

“Bu məsələ İrəvanın sülh prosesinin yaxınlaşdığı bir vaxtda vəziyyəti gərginləşdirən növbəti cəhdlərindəndir. Dəfələrlə Ermənistanın hansısa mülki vətəndaşları və ya hərbi qulluqçuları çətin coğrafi relyefdə hava şəraitinin pis olması ilə əlaqədar Azərbaycan tərəfinə keçib. Ancaq rəsmi Bakı onların üzərindən hansısa saxta oyunlar qurmayıb və həmin adamları ölkəsinə geri qaytarıb. Bu gün Azərbaycanın iki hərbi qulluqçusunun yolu azaraq Ermənistana keçməsi ilə onlar üzərində qurulan çirkin oyunlar təəssüf doğurucu məqamları özündə ehtiva edir. Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün əlindən gələn bütün diplomatik üsullardan istifadə edir. Necə ki, Ermənistan zamanında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsində uzun illər manipulyasiyalar edərək onlardan birinə “ömürlük”, digərinə isə 20 illik həbs vermişdi. Ancaq Azərbaycan onları geri qaytardı. Əminik ki, bu gün İrəvan əsirliyində qalan həm iki hərbiçimiz geri qaytarılacaq, həm də Birinci Qarabağ mübaribəsindən bu günə qədər taleyi bəlli olmayan 4 min vətəndaşımızdan da xəbər alınacaq. Çünki dövlətimizin bu məsələ ilə bağlı mövqeyi konkretdir. Ermənistan isə həmişə olduğu kimi acizdir. Çünki əlindəki bütün siyasi danışıq imkanlarını itirib. Ağılsız İrəvan hakimiyyəti indiki məqamda Azərbaycanla münasibətləri yaxşılaşdırmaq əvəzinə daha da gərginləşdirməklə məşğuldur. İrəvan əsirlikdə saxladığı vətəndaşlarımızı nə vaxtsa siyasi alver predmentinə çevirə biləcəyini düşünür. Ancaq bütün bunlar Ermənistanın növbəti xəyallarından biridir. Çünki rəsmi Bakı birmənalı şəkildə Ermənistan əsirliyində olan bütün vətəndaşlarımızı geri qaytaracaq”.

//Gülnarə Abasova, Editor.az