Ermənistan-Fransa “sevgi məcarası” davam edirbackend

Ermənistan-Fransa “sevgi məcarası” davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Fransa prezidentinin müşaviri ilə görüşü baş tutub.

Editor.az bildirir ki, bu barədə erməni siyasətçinin özü sosial şəbəkədəki səhifəsində yazıb. Onun sözlərinə görə, o, prezidentin xarici əlaqələr üzrə müşaviri Emmanuel Bonnla danışıb. Qriqoryan görüşün gündəliyini də açıqlayıb.

ER Təhlükəsizlik Şurasının katibi aydınlaşdırıb ki, danışıqlar zamanı Ermənistan-Fransa münasibətlərinin inkişafı, o cümlədən ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bundan əlavə, bölgədəki təhlükəsizlik vəziyyəti də müzakirə edilib: “Yuxarıda qeyd olunanlar kontekstində biz ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdik”, – ER Təhlükəsizlik Şurasının katibi deyib. Xatırladaq ki, bir gün əvvəl Qriqoryan Emmanuel Makronun diplomatik müşaviri Bertrand Buxvalter və diplomat Brice Rokfeyelə danışıqlar apardığını açıqlamışdı.

ER Təhlükəsizlik Şurasının katibi ilə eyni vaxtda müdafiə naziri Suren Papikyan da Parisə səfər edib. Onun səfər proqramına Fransa rəhbərliyinin nümayəndələri ilə danışıqlar da daxil edilib. Nazir Fransadan “Sezar” haubitsalarının alınması ilə bağlı müqavilə imzalayıb.

//Samir Qurbanov, Editor.az