“Ermənistan genişmiqyaslı ESKALASİYAYA hazırlaşır ki, onun da miqyası…”- Hərbi ekspert AÇIQLADIbackend

“Ermənistan genişmiqyaslı ESKALASİYAYA hazırlaşır ki, onun da miqyası…”- Hərbi ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“5 aprel tarixində ABŞ, Avropa İttifaqı və Ermənistan arasında imzalanan hərbi paktdan sonra fərarilər ölkəsinin davranışları kifayət qədər aqressivləşib. Ermənistan rəhbərliyi Azərbaycan Prezidenti ilə görüşdən imtina etməklə yanaşı, son aylarda ərzində atəşkəs pozuntularını da kifayət qədər aktivləşdirib”.

Bunu Editor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Ermənistanın bu cür aqressiv davranışlarına səbəb onun Fransa və ABŞ-dan əldə etdiyi silah və texnikalardır:

“Ermənistan hazırda həm Azərbaycana, həm də digər qonşu ölkələrə qarşı ABŞ maraqlarında fəaliyyətə çox ciddi bir şəkildə hazırlanır. Artıq ABŞ Zəngəzurda hərbi baza yaradır. Vaşinqton Ermənistanda təlimlər keçirtməklə onu növbəti təxribatlara hazırlayır. Bütün bunların qarşısının alınması üçün Azərbaycan tərəfi pereventiv tədbirlər görmək hüququna malikdir. Regionda baş verənlərin analizi onu göstərir ki, Ermənistan genişmiqyaslı təxribatlara və eskalasiyaya hazırlaşır ki, bu eskalasiyanın miqyası Naxçıvandan Kəlbəcərə qədər əraziləri əhatə edə bilər. ABŞ maraqlarında fəaliyyət göstərən Ermənistanın növbəti dəfə dərin peşmançılıq hissi keçirəcəyi də şübhəsizdir”.

//Gülnarə Abasova, Editor.az