Ermənistan getməyib, fasilə götürüb – KTMT-nin baş katibibackend

Ermənistan getməyib, fasilə götürüb – KTMT-nin baş katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb, onun üzvlüyü dayandırılıb.

Editor.az bildirir ki, bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov “Böyük Vətən Müharibəsində Qələbəyə KTMT-yə üzv dövlətlərin xalqlarının töhfəsi” konfransı zamanı deyib. “Ermənistan getməyib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakını dayandırıb.

Sualı onların getdiyi və ya getmək istədikləri şəklində qoymaq doğru deyil”, – İmanqali Tasmaqambetov deyib. O qeyd edib ki, Ermənistanın KTMT-nin işində gələcək iştirakını ölkə rəhbərliyi özü müəyyənləşdirməlidir. Təşkilatın üzvləri rəsmi İrəvanın istənilən qərarına hörmətlə yanaşırlar.

Xatırladaq ki, Rusiyanın təşkilatı 2025-ci ilin sonuna qədər maliyyələşdirməyə çağırmasına baxmayaraq, Ermənistan KTMT-yə töhfələr haqqında sənədi imzalamaqdan imtina edib. İrəvan öz öhdəliklərini yerinə yetirə bilməyəcəyi təqdirdə vəziyyətin inkişafı üçün müxtəlif ssenarilər nəzərdən keçiriləcək.

//Samir Qurbanov, Editor.az