Ermənistan Gümrüdəki Rusiya hərbi bazasının ərazdən çıxarılmasını müzakirə etmir.
Editor.az bildirir ki, bu barədə ölkə Milli Assambleyasının (parlament) spikeri Alen Simonyan bildirib. “Belə bir şey yoxdur, Ermənistan bu gün Rusiya hərbi bazasının çıxarılması imkanını müzakirə etmir”, – Alen Simonyan deyib.
Yada salaq ki, 102-ci Rusiya hərbi bazası 1995-ci ildən dövlətlərarası razılaşmaya əsasən Ermənistanın Şirak bölgəsində Gümrüdə yerləşir və onun 2044-cü ilə qədər fəaliyyət göstərəcəyi gözlənilir.
//Samir Qurbanov, Editor.az