Ermənistan hakimiyyəti əlindəki bütün kartları istifadə edib:”Artıq sığındığı qüvvələr də bəyanatlarla kifayətlənirlər”backend

Ermənistan hakimiyyəti əlindəki bütün kartları istifadə edib:“Artıq sığındığı qüvvələr də bəyanatlarla kifayətlənirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq Azərbaycan və Ermənistan arasındakı bu tarixi münaqişə bitmək üzrədir. Bu gün sərhədlərin müəyyənləşdirilməsi bitmə mərhələsindədir. Azərbaycan höküməti müharibə bitər-bitməz sülh çağırışlarına  fəaliyyəti istiqamətində işlərə başlasa da çox zaman Ermənistan revanşistləri buna maneə olmağa çalışırdı”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili Ermənistan hakimiyyətinin əllərindəki bütün kartları istifadə etdiyini bildirib:

“Qərb özü də bu münaqişədən bezib. Artıq dünya ölkələrinə sabitliyin və təhlükəsizliyin təmin olunduğu regionlarla əməkdaşlıq maraqlıdır. Cənubi Qafqazda buna yeganə maneə tərəf Ermənistan idi. Bu səbəbdən kommunikasiyanın vacib olduğu regionumuzda sülhə əksər dövlətlər də maraqlıdır. Xüsusilə Azərbaycanın qurduğu tərəfdaşlıqlar üçün Cənubi Qafqazdakı münaqişə bitməlidir. Ermənistan baş naziri Nikol Paşinyan iki il bütün səylərini vəziyyəti gərginləşdirməyə və münaqişənin hələ də davam etdiyi görüntüsünü yaratmağa səfərbər etdi. Lakin Azərbaycanın diplomatik manevrləri bu dəfə Ermənistanın planlarını darmadağın etdi. Düşünürəm ki, həm Ermənistan hakimiyyəti həm də elə erməni cəmiyyəti öz taleləri ilə barışıblar. Sülhdənqaçma cəhdləri özünü doğrultmadığınan Nikol Paşinyan da sülh mövqeyindən danışmağa başlayıb. Ermənistanın artıq arxasına sığınacağı qüvvələr də qalmayıb, onu müdafiə edənlər də artıq sözdə bəyanatlarla kifayətlənirlər. Bütün bunları göz önündə saxlayan Nikol Paşinyan sülhə gedəcəkdir”.

//Gülnarə Abasova, Editor.az