“Təəssüf ki, 2020- ci ilin sentyabrını bir daha xatırladıq. Düşmən yenə mənfur əməllərə başladı. Bütün bunlar sonuncu Brüssel görüşündə əldə olunmuş razılığı iflasa uğratmaq üçün baş tutdu. Daşkəsən Kəlbəcər Laçın istiqamətində atəşkəsin pozulması erməni hakimiyyətinin əsl niyyətini bir daha göstərdi”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, artıq növbəti dəfə aydın oldu ki, Ermənistan sülh istəmir:
“Lakin mən çox təssüf edirəm ki, təkcə Ermənistan hakimiyyəti, yox erməni cəmiyyəti də bu propaqandalara gedir. Onlar başa düşməkdə çətinlik çəkirlər, amma reallıq budur ki, bu cür davam etsə əsrlərə söykənən problemə çevriləcəkdir. Bunun qarşısını almaq üçün hər iki cəmiyyət də əlindən gələni etməli, bu savaşı haqq yolunda dayandırmalıdırlar. Çünki olar da 30 il əvvəlki həqiqətlərin nə olduğunu bilirlər. Sosial mediada 50 yaşından yuxarı bir erməni vətəndaşı yaşadığı evin kimə adi olduğunu etiraf etsə də, biz evimizi tərk etməyəcəyik deyir, baxın əsl faciə budur. Hökumətin terrorçu niyyəti bir tərəfdən, digər tərəfdən də cəmiyyət bütün həqiqətləri bilir, amma qəbul etmir. Biz hər iki tərəfdən mübarizə aparmalı olmuşuq. Təbii ki, müharibə insanlığın məğlubiyyətidir. Lakin Azərbaycan Ordusu da özünü müdafiə etməli idi. İndi Ermənistan dünya ictimaiyyətinə özünü qurban, təcavüzə məruz qalan kimi göstərir, təbii ki, onlar bunu yaxşı bacarır. Əgər xatırlasaq 1905- ci il, Sumqayıt hadisələrini buna bariz nümunədir. Mən yenə də bütün ictimaiyyəti, siyasi fəalları, diasporaları erməni təcavüzü barədə beynəlxalq mətbuatda həqiqətləri bacardıqları qədər işıqlandırmağa, sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edib reallıqlar barədə məlumatlandırmağa çağırıram”.
M. Cəfərov onu da qeyd edib ki, bütün beynəlxalq insan haqqları birlik və təşkilatlarını ermənilərin özlərinin sosial şəbəkədə yaydığı görüntüləri olduğu kimi dəyərləndirməyə çağırmalıyıq:
“Onlara sübutlar təqdim etməliyik ki, əsl mənzərə ilə tanış olsunlar. Hərbçilərimizin pusquya salınması anı, qəfil düşmən təcavüzü anbaan görüntüləri yayılıb və bunu biz bütün dünyaya göstərməliyik. Qafqaza atəşkəs yox, sülh lazım olduğunu beynəlxalq təşkilatlara anlatmalıyıq. Bu mənzərə göstərdi ki, Ermənistan rəhbərliyinə xarici müdaxilə təzyiq lazımdır ki, sülh masasına otursun”.
//Gülnarə Abasova, Editor.az

