Ermənistan hakimiyyəti vaxtilə Amerikaya arxalanan ölkələrin taleyindən ibrət dərsi götürməlidir – Sergey Lavrovbackend

Ermənistan hakimiyyəti vaxtilə Amerikaya arxalanan ölkələrin taleyindən ibrət dərsi götürməlidir – Sergey Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti vaxtilə Amerika Birləşmiş Ştatlarına arxalanmağa qərar vermiş ölkələrin taleyindən ibrət dərsi götürməlidir.

Editor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun fikrincə, İrəvan Moskvadan üzünü Vaşinqtona və digər Qərb ölkələrinə çevirmək istəyirsə, o zaman Ermənistan rəhbərliyi son illərin hadisələri ilə hərtərəfli tanış olmalıdır.

“Yaxın tarixə nəzər salsalar, ABŞ-ın öz qanadları altına almaq istədikləri, dünyanın Amerika sahillərindən uzaq ərazilərində geosiyasi maraqlarını təbliğ edənlərlə necə davrandığına nəzər salsalar yaxşı olardı. Bütün bu insanların taleyi çox artıq dərəcədə qibtəedilməzdir”, – Rusiya XİN rəhbəri bildirib.

Xatırladaq ki, sentyabrın 11-də Ermənistan ABŞ-la birgə hərbi təlimlərə başladığını elan edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu fakt, xüsusən də indiki geosiyasi vəziyyəti nəzərə alsaq, Kremldə narahatlıq yaradır.

//Samir Qurbanov, Editor.az