Ermənistan “hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsinə hazırdır – Nikol Paşinyanbackend

Ermənistan “hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsinə hazırdır – Nikol Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə əsir saxlanılan Azərbaycan vətəndaşlarının erməni əsirlərlə dəyişdirilməsini təklif edib.

O əlavə edib ki, Ermənistan hakimiyyəti bu məsələ ilə bağlı beynəlxalq hüquqi orqanlara müraciət edib. “Biz bu məsələdə çeviklik nümayiş etdirməyə və əsirlərimizin geri qayıtması üçün Azərbaycanla işləməyə hazır olduğumuzu bildirdik və ifadə etdik.

Bu, danışıqların istiqamətlərdən biridir”, – Paşinyan bildirib. Baş nazir xatırladıb ki, Ermənistan artıq “hamının hamıya” prinsipi ilə iki ölkənin əsirlərinin mübadiləsinə hazır olduğunu deyib. Onun sözlərinə görə, humanitar məsələ siyasi məqsədlər üçün istifadə olunur və bu, “çox məntiqli deyil”. Bundan əvvəl Nikol Paşinyan danışıqlara və əsirlərin dəyişdirilməsinə hazır olmaqdan danışıb.

Sonra o bildirib ki, Ermənistan və Azərbaycan “hələ də fərqli diplomatik dillərdə danışırlar”. Siyasətçinin sözlərinə görə, tərəflər çox vaxt bir-birini başa düşmür və bunun da obyektiv tarixi səbəbləri var. Noyabrın 21-də Azərbaycan da danışıqlara hazır olduğunu bəyan edib.

//Samir Qurbanov, Editor.az