Ermənistan hansı soyqırımdan danışır?-“Biz bunu dəfələrlə bəyan etmişik”-ŞƏRHbackend

Ermənistan hansı soyqırımdan danışır?-“Biz bunu dəfələrlə bəyan etmişik”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bütün təminatlar yaradılmalıdır. Rusiya sülhməramlıları bu cür təminatların dəqiq formalaşdırılması olmadan həmin əraziləri tərk edə bilməzlər. Sülhməramlı qüvvələr Rusiya Federasiyası Federal Şurasının qərarına əsasən qoşunların təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Orada deyilir ki, sülhməramlılar Dağlıq Qarabağ əhalisinin kütləvi şəkildə qətlə yetirilməsinin qarşısını almaq üçün yerləşdirilir”.

Bu fikirləri Ermənistan baş naziri Nikol Paşinyan erməni mediasına açıqlamasında bildirib.

Maraqlıdır ki, Azərbaycanın dəfələrlə erməni əsilli əhalinin Azərbaycan vətəndaşlığı alaraq bölgədə yaşamasına və hüquqlarının toxunulmazlığına təminat verməsinə baxmayaraq Paşinyanın bu “soyqırım” iddiası nəyə əsaslanır?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirdi ki, Nikol Paşinyanın açıqlamalarının yeganə məqsədi mümkün qədər sülh müqaviləsinin bağlanması prosesini uzatmaqdır:

“Burada həm daxili, həm də xarici faktorlar var.
Daxili amil bundan ibarətdir ki, mövcud vəziyyətdə Nikol Paşinyan erməni ictimaiyyətinin əhval-ruhiyyəsi üçün qeyri-populyar addımlar atmaqdan çəkinməklə müəyyən qədər də olsa hakimiyyətinin ömrünü uzatmağa cəhd göstərir.
Xarici amil isə, ənənəvi qaydada regiondakı geosiyasi vəziyyətin nə zamansa dəyişəcəyinə olan inamıdır.
Mahiyyət etibarı ilə Azərbaycan torpaqlarını işğal dövründə də Ermənistanın daha öncəki rəhbərlərinin fəaliyyətində bu özünü biruzə verib”.

Politoloq vurğulayır ki, Azərbaycan öz ərazilərində yaşayan bütün vətəndaşların hüquqlarının qorunmasına təminat verir: “Ölkədəki tolerant mühit də bunun göstəricisidir.
Konkret olaraq erməni əsilli şəxslərin Azərbaycan ərazilərində təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan dövləti üçün hər hansı formada problem yoxdur. Bunu dəfələrlə bəyan etmişik. Sülhməramlıların mandatının uzadılması ilə bağlı məsələdə məqsəd sadəcə beynəlxalq vəziyyətin dəyişdirilməsi üçün vaxt qazanmaqdan ibarətdir. Amma Nikol Paşinyan unudur ki, hazırda ermənilərin yaşadığı Azərbaycan əraziləri beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarıdır. Bu ərazilərdə hansısa kontingentin yerləşdirilməsi, bundan sonrakı proseslərdə Azərbaycan ilə Rusiya arasında əldə olunmuş razılaşmaya uyğun ortaya çıxa bilər.  Azərbaycan indiki şəraitdə öz ərazilərində 10 noyabr bəyanatında nəzərdə tutulan  müddətdən əlavə hər hansı sülhməramlının, missiyanın olmasını arzulamır. Bu reallıq dəyişməyib və Ermənistanın müdaxilə edə biləcəyi məsələlər deyil”.
 
//Safura Bənnayeva, Editor.az