“Ermənistan Hava Yolları” fəaliyyətini dayandırdıbackend

“Ermənistan Hava Yolları” fəaliyyətini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Hava Yolları” oktyabrın 14-dən noyabrın 22-dək uçuşlar həyata keçirməyəcək.

Daşıyıcının sosial şəbəkədəki səhifəsində yerləşdirilmiş məlumata görə, uçuşların təxminən 1,5 aya dayandırılması təyyarələrə texniki qulluqla bağlıdır.

Məlumatdan aydın olur ki, aviaşirkət donanmasının kiçik olması və texniki xidmətin vaxt aparması səbəbindən uçuşlar dayandırılır, nəticədə “Ermənistan Hava Yolları”nda iş zamanı uça biləcək heç bir təyyarə qalmayacaq.

Əvvəllər Mülki Aviasiya Komitəsi hava gəmilərinə texniki xidmət göstərmək üçün lisenziyanı 16 il müddətinə uzadıb.

//Samir Qurbanov, Editor.az