“Ermənistan hazırda müharibəyə hazırlıq mərhələsindədir. ABŞ, Avropa Birliyi və Fransanın Ermənistanı güclü şəkildə silahlandırmaq planı tam olaraq işləməyə başlayıb. ABŞ Ermənistan ordusuna təlim keçir, Fransa silahlar göndərir, AB isə Ermənistanın hərbi xərclərini maliyyələşdirir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, hazırda Nikol Paşinyan hakimiyyəti nisbətən cəsarətlənib və hesab edir ki, sülh sazişindən kənara çəkilməklə gələcəkdə revanşist niyyətlərini guya reallaşdırmaq imkanı qazana bilər”.
“Sülh prosesini mümkün qədər uzatmağa çalışır. Eyni zamanda, Ermənistan böyük ehtimalla yaxında Azərbaycanla qısamüddətli də olsa toqquşmaya cəhd göstərir. Çünki silahlı toqquşmanı bəhanə edərək həm Qərbin Ermənistanda əlavə kontiningent yerləşdirməsinə, həm də sülh prosesini ümumiyyətlə bloklamağa bir bəhanə qazanmağa cəhd edirlər. Ancaq Azərbaycan çox dəqiq siyasət yürüdür və Ermənistanın bütün hiyləgər oyunlarını tam dəqiqliyi ilə müəyyən etməyi bacarır. Ermənistanın bütün bu oyunları heç bir nəticə verməyəcək. Əgər Azərbaycan Ermənistanın bu hərbi-siyasi təxribatlarına cavab vermək məcburiyyətində qalarsa, bu, Ermənistan üçün çox baha başa gələcək. Bu dəfə Azərbaycanın reaksiyası Ermənistan dövlətçiliyinin sonu gətirə bilər”.
//Gülnarə Abasova, Editor.az