Ermənistan hər şey üçün məsuliyyəti Rusiyanın üzərinə qoymağa çalışır – Mariya Zaxarovabackend

Ermənistan hər şey üçün məsuliyyəti Rusiyanın üzərinə qoymağa çalışır – Mariya Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan öz səhvlərini nəzərə almır və əməllərinə görə bütün məsuliyyəti Rusiyanın üzərinə qoymağa çalışır.

Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ənənəvi mətbuat konfransı zamanı deyib.

O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiya əleyhinə çıxışının təəssüf doğurduğunu vurğulayıb. “Obyektiv nəticələr, xüsusən də öz səhvlərindən və yanlış hesablamalarından nəticə çıxarmaq əvəzinə, bütün məsuliyyəti Rusiyanın üzərinə qoymağa növbəti cəhd edilib. Bunun heç bir əsası yoxdur, çünki bunlar bizim səhvlərimiz deyil. Təəssüf ki, rəsmi İrəvanın səhvlərdir.

Bütün bunlar həm bizim tərəflə münasibətlərə, həm də Ermənistan-Azərbaycanın normallaşması kontekstinə aiddir. Bu bəyanatların demək olar ki, hər bir hissəsində faktların təhrif edilməsinə rast gəlmək olar”, – Mariya Zaxarova qeyd edib. O, həmçinin bildirib ki, Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsini müzakirə etmək üçün İrəvana rəsmi dəvət göndərib.

Zaxarova xatırladıb ki, Rusiya bu məsələdə mütəmadi olaraq öz yardımını təklif edir. “Keçən ilin sentyabrından başlayaraq dəfələrlə Ararat Samveloviç Mirzoyana sülh müqaviləsi məsələləri ilə bağlı Moskvada məsləhətləşmələr üçün dəvət göndərilib, digər məsələlərlə yanaşı, müxtəlif səviyyələrdə ikitərəfli təmaslar zamanı da müzakirə edilib.

İrəvana sonuncu siqnal elə bir neçə gün əvvəl göndərilib” – Zaxarova bildirib.

//Samir Qurbanov, Editor.az