Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı – ARAŞDIRMAbackend

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qalıb. “Azeri Defence”nin məlumatına görə, sentyabr ayının 27-dən davam edən hərbi əməliyyatlar zamanı Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən Ermənistan Hərbi Hava Qüvvələrinin 5 ədəd Su-25 döyüş təyyarəsi Cəbrayıl və Qubadlı rayonları istiqamətində vurulub.

Döyüş əməliyyatlarının başlandığı günlərdə isə Ermənistan ərazisində təlim uçuşu keçirən daha bir ədəd Su-25 təyyarəsi qəzaya uğrayıb.

“Azeri Defence” saytının müxtəlif qaynaqlardan əldə etdiyi məlumatlar əsasında apardığı araşdırmalara görə, Ermənistan HHQ mövcud Su-25 təyyarələrini 2003-2004-cü illərdə əldə edib. BMT Adi Silahlar Regstrindəki məlumatlara görə, həmin dövrdə Slovakiya Ermənistana 10 ədəd Su-25K döyüş təyyarəsi ixrac edib. Döyüşlərdən əvvəl bu təyyarələrdən ikisi qəzaya uğramış və Ermənistanın silahlanmasında cəmi 8 ədəd Su-25 təyyarəsi qalmışdı.

Cari ilin avqust ayında Moskvada keçirilən “Armiya-2020” Beynəlxalq Hərbi-Texniki Forum çərçivəsində Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası ilə mövcud Su-25 təyyarələrinin Su-25SM3 səviyyəsində təkmilləşdirilməsinə dair müqavilə imzalayıb.

Bundan başqa, 2019-2020-ci illərdə Ermənistan Rusiyadan 4 ədəd Su-30SM təyyarəsi alıb.

Qəza və cəbhədəki itkiləri hesabladıqda, Ermənistan HHQ-nin silahlanmasında hazırda 2 ədəd Su-25K və 4 ədəd Su-30SM döyüş təyyarəsinin qaldığını demək mümkündür.

//musavat.com