Ermənistan Hindistandan artilleriya alırbackend

Ermənistan Hindistandan artilleriya alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan artilleriya imkanlarını gücləndirmək üçün Hindistandan 155 milyon dollar dəyərində 155 mm çaplı 84 ədəd qabaqcıl artilleriya sistemi ATAQS alacaq.

Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə “Army Recognition” internet portalı Hindistan mətbuatına istinadən yazıb.

ATAGS-in atəş məsafəsi 48 km-dir.

Xatırladaq ki, 2023-cü ildə Ermənistan 6 ədəd ATAGS alıb və Hindistan şirkətləri ilə MArG 155 özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınmasına dair daha bir neçə müqavilə imzalayıb.

Qəzet qeyd edib ki, Ermənistanın ATAGS-ı alması regionda artan gərginlik fonunda baş verir.