Ermənistan Hindistanın “Tejas” qırıcı təyyarələrini almaqdan imtina etdibackend

Ermənistan Hindistanın “Tejas” qırıcı təyyarələrini almaqdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin “The Jerusalem Post” nəşrinin məlumatına görə, Dubayda keçirilən aviasiya sərgisində Hindistan qırıcısının qəzaya uğramasından sonra Ermənistan Hindistanın “Tejas” (“Parlayan”) qırıcı təyyarələrinin bir partiyasının alınması ilə bağlı danışıqların dayandırıldığını elan edib.

NEWS.am xəbər verir ki, İsrailin danışıqlara marağı təsadüfi deyil – qırıcı təyyarənin bəzi komponentləri İsrail zavodları tərəfindən təmin edilir, lakin indi onlar ciddi itkilərlə üzləşəcəklər. Nəşrin məlumatına görə, Ermənistan əvvəllər Hindistanla 1,2 milyard dollara 12 təyyarə almaq üçün danışıqlar aparmışdı – sözügedən təyyarə İsrail Aerospace Industries tərəfindən istehsal olunan AESA radarı və elektron müharibə sistemi ilə təchiz olunmuş qırıcı təyyarənin təkmilləşdirilmiş versiyası idi.

Qeyd edək ki, “Tejas” qırıcı təyyarəsi 1982-ci ildən bəri Hindistan tərəfindən hazırlanır, lakin Dubayda keçirilən aviasiya sərgisində öz imkanlarının nümayişi zamanı qəzaya uğrayıb.

//Samir Qurbanov, Editor.az