Ermənistan hücuma hazırlaşır?- “Azərbaycanın mövqeyi… “-AÇIQLAMAbackend

Ermənistan hücuma hazırlaşır?- “Azərbaycanın mövqeyi… “-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğal da, etnik təmizləmələr də mövcud siyasətin nəticəsidir”.

Bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Editor.az-a Azərbaycan Müdafiə Nazirliyinin rəsmi Bakının ermənilərin hər hansı təxribatların qarşısının qətiyyətlə alacağı və adekvat cavab tədbirlərinin görüləcəyi barədə yaydığı bəyanatını dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan iki istiqamətdə öz siyasətini davam etdirmək niyyətindədir:

“Qeyd edirlər ki, Qarabağda tutduqları mövqedə irəliləyəcəklər. Yəni müharibədən sonra bu açıq şəkildə bəyan olunan siyasətdir. İkinci tərəfdən vaxt udmaq üçün elə bir görüntü yaratmaq istəyirlər ki, guya onlara sülh lazımdır. Lakin bu “sülhə maraqlı” addımlar sadəcə manevr xüsusiyyəti daşıyır ki, xaricdə olan müşahidəçiləri bununla aldada bilsinlər.

Tofiq Zülfüqarov rəsmi Bakının artıq İrəvanın hər hansı addımına inanmadığını vurğulayıb:

“Ermənistan tərəfdən ölkəmizə qarşı terror siyasəti davam edərsə, layiqli cavabını alacaq. Silahlı müqavimət göstərmək, qeyri-qanuni separatçı qüvvələri başqa ölkənin ərazilərinə yerləşdirmək terrorizm adlanır. Ermənilərin məqsədi təxribat törətmək və havadarlarına, ümumiyyətlə dünyaya özlərinə qarşı genosid tətbiq edildiyini göstərməyə çalışmaqdır. Bu onların hərkəsə bəlli olan köhnə siyasətidir. Bu vəziyyətdə Azərbaycan güclü zərbələr endirəcək gücə malikdir “.

//Safura Bənnayeva, Editor.az