Ermənistan iqtisadiyyatı ilə bağlı göstəricilər: maddi-texniki təminatda qıtlıqbackend

Ermənistan iqtisadiyyatı ilə bağlı göstəricilər: maddi-texniki təminatda qıtlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyul hadisələrinin ən qaynar ərəfəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın birdən-birə yox olmasına təəccübləndik. Yox olan cavan və perspektivli kadr əvəzinə sabiq katib Artsrun Hovvanisyan yenə də kameraların qarşısında peyda oldu. Səbəb bəlli: cavan, barıt ətrini bilməyən, çəkmə geyinməyən, təpik atmayan cavan gəlin hara, səhərdən-axşama qədər yalan danışaraq uğursuz ölkənin dəyərsiz ordusunu tərifləyən hara.
O vaxtdan bəri, “həmkarımızın” nazirlikdə həqiqi məqsədini tapmağa çalışırdıq. Və nəhayət tapdıq: “həqiqi” açıqlamalar verən və ordularında yaranmış vəziyyət haqqında tam mənzərəni müəyyən etməyə kömək edən şəxs!
Misal kimi, Stepanyanın sonuncu açıqlamasına diqqət yetirək: “Hazırda bizdə təminat alınması ilə bağlı heç bir problem yoxdur. Yəni hansısa ölkədən təminat alınmasında problem yaşamırıq”.
Maraqlısı odur ki, bu sualı ona Ermənistanı istəməyən biri yox, ölkəsinin ən nüfuzlu informasiya agentliyinin müxbiri verib. Hazırda “Ermənistan ordusunda maddi-texniki təminat sahəsində problemlər” mövzusunun dünya informasiya agentliklərinin gündəmində olan, ən çox müzakirə edilən məsələlərdən biri olmasını nəzərə alsaq, aydın olur ki, “od olmayan yerdən tüstü çıxmaz”.
Qeyd edək ki, hazırda gedən döyüşlər iqtisadi cəhətdən zəif, uzun illər ərzində Azərbaycan və Türkiyə tərəfindən blokada şəraitində qalan Ermənistana sözün əsl mənasında baha başa gəlir.
İyul ayında Tovuz istiqamətində baş vermiş silahlı münaqişənin gedişində Rusiyanın Ermənistana silah-sursat göndərməsi Azərbaycanın narazılığına səbəb olub. Gürcüstan Rusiyaya ərazisindən Ermənistana silah daşımasını qadağan edib. Beləcə, bir yol qalıb: İran.
Öz növbəsində, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi İran ərazisindən Rusiyaya məxsus silahların Ermənistana daşınması haqqında yayılan xəbərləri təkzib edib.
Bu şəraitdə Ermənistanın silah və hərbi texnikanı haradan alması çox maraqlıdır.
Dediyimiz kimi, erməni ordusunun problemlərini bilmək istəyirsənsə, Şuşan Stepanyanın açıqlamalarını izlə və tamamilə əks mənada başa düş.
Mənbə: Mediapost.az