Ermənistan İran PUA-ları üçün hava məkanını açır: “Bölgədə yeni müharibə başlayır?”-ŞƏRHbackend

Ermənistan İran PUA-ları üçün hava məkanını açır: “Bölgədə yeni müharibə başlayır?”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlərdə İranın regionla, xüsusilə də Azərbaycan və Ermənistanla bağlı atdığı addımlar nə regionun, nə də rəsmi Bakının maraqlarına cavab verir”.

Bu fikirləri Editor.az-a politoloq Samir Hümbətov Ermənistanın İran PUA-ları üçün hava məkanını açması xəbərinə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, rəsmi Tehranın tutduğu mövqe bölgədə münaqişənin və gərginliyin daimi saxlanılmasına hesablanıb:

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionun daha da inkişaf etməsi və inteqrasiya prosesinin güclənməsinə səbəb olacaq. Bunu İran istəmir, hər-vəchlə problemlərin aktual qalmasında maraqlı görünür. Bu gün də Ermənistana təzyiq edərək hava məkanını İran PUA-ları üçün açmasına çalışır “.

Politoloqun fikrincə, rəsmi Tehranın bu tələbinin arxasında bir sıra səbəblər dayanır:

“İran düşünür ki, əgər İrəvanın hava məkanı onlar üçün açılarsa, Azərbaycanla hansısa qarşıdurma vəziyyətində Ermənistan vasitəsilə prosesə müdaxilə edəcək.  Lakin 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə arasında imzalanan “Şuşa bəyannaməsi”ni unudurlar. İstənilən gərgin vəziyyətdə rəsmi Ankara buna müdaxilə edəcək. Tehran rejimi bunları nəzərə almalıdır”.

Samir Hümbətov qeyd edir ki, Azərbaycan təhlükəsizlik orqanları İrana məxsus agentura şəbəkəsinin ifşasını həyata keçirir:

“Bu, rəsmi Tehran üçün qəbuledilməzdir. Planları tamamilə puç olduğuna görə ölkəmizə qarşı aqressiv münasibət bəsləyirlər. Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasət yürüdür. Ölkəmiz regionda öz gücünü daim qoruyub saxlayır”.

//Safura Bənnayeva, Editor.az