Ermənistan-İran sərhədini kim qoruyacaq?backend

Ermənistan-İran sərhədini kim qoruyacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-İran sərhədində Rusiya sərhədçiləri ilə bağlı vəziyyət müzakirə olunur.

Editor.az bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan bildirib. O, ilk növbədə, ilkin razılaşmanın mövcudluğunu açıqlayıb və ona əsasən, gələn ildən etibarən Ermənistan sərhədçiləri Aqarək keçid məntəqəsinə qədər tam xidmət keçəcəklər. “Və ümumilikdə Ermənistan-İran sərhədində birgə xidmətlə bağlı hazırda müzakirələr gedir”, – Abazyan deyib. Xüsusi xidmət rəisi onu da bildirib ki, gələcəkdə İslam Respublikası ilə sərhədin mühafizəsi bir neçə mərhələdə Ermənistan sərhədçilərinə verilə bilər.

Lakin hələlik sərhədçilərin geri çəkilməsi ilə bağlı qərar verilməyib.

Xatırladaq ki, oktyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Dövlət başçıları bununla bağlı razılığa gəliblər ki, Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsini tərk edəcəklər. Orada erməni sərhədçiləri xidmət edəcək. Bundan əvvəl Rusiya sərhədçiləri artıq Ermənistan sərhəd məntəqələrindən birini tərk ediblər. Onlar üç aya yaxındır ki, İrəvanın Zvartnots hava limanından çıxıblar.