Ermənistan İrana yardım göndərdiyini gizlədibbackend

Ermənistan İrana yardım göndərdiyini gizlədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan İrana humanitar yardım göndərib.

Musavat.com-un məlumatına görə, bunu xarici işlər naziri Ararat Mirzoyan martın 23-də parlamentin xarici əlaqələr daimi komissiyasının iclasında deyib.

O, “Ermənistan” blokunun müxalifətçi deputatı Kristin Vardanyanın sualını cavablandırıb.

Deputat xüsusilə Ermənistanın daha əvvəl Türkiyəyə humanitar yardım göndərdiyinə, nədənsə İrana göndərməməsinə diqqət çəkib.

“Bildirmək istərdim ki, Ermənistan artıq İran İslam Respublikasına humanitar yardım göndərib. Bu, ilk növbədə tibbi ləvazimatlar idi. Bu, başqa cür ola da bilməzdi”, – Ermənistanın xarici işlər naziri deyib.

Deputatın Ermənistan hakimiyyətinin niyə bunu açıqlamamaq qərarına gəldiyini soruşduqda, Mirzoyan cavab verib ki, sadəcə olaraq, ehtiyac görmürlər.

P.S. İstənilən halda, bu, suallar doğurur. Belə aydın olur ki, Paşinyan hökuməti Qərbdəki havadarlarını seçkiöncəsi qıcıqlandırmamaq üçün İrana göndərdiyi yardımı rəsmi şəkildə açıqlamayıb, gizli saxlamağa üstünlük verib.