Ermənistan İsveçrə modelində ordu quruculuğu aparırbackend

Ermənistan İsveçrə modelində ordu quruculuğu aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkə beynəlxalq təcrübəyə əsaslanaraq orduda islahatlar aparır.

Ermənistan silahlı qüvvələrinin İsveçrə modelinə gətirilməsi planlaşdırılır. “Ermənistan silahlı qüvvələrində beynəlxalq təcrübə nəzərə alınmaqla genişmiqyaslı islahatlar aparılır. Ölkədə ehtiyatda olan hərbçilərə minimum hərbi bacarıqlara yiyələnmək üçün 24 günlük hərbi təlim tətbiq edilib. Oxşar rüsumlar İsveçrə modelində də istifadə olunur.

Editor.az bildirir ki, bu barədə “Armenpress” agentliyi yazıb. İsveçrə silahlı qüvvələri çağırışçılar, müqaviləli əsgərlər və könüllülərdən ibarətdir. Yaşı 18-dən 30-a qədər olan bütün kişilər icbari hərbi xidmət keçməlidirlər. Hərbi xidmət 260 gün olmaqla 10 ilə bölünüb. Ehtiyatda olan hərbçilər ilkin hərbi hazırlığı başa vurduqdan sonra iki ildən bir üç həftəlik təlim düşərgələrinə çağırılırlar. Baş nazir hərbi qulluqçuların maaşlarının artırılmasını da açıqlayıb.

Bunun üçün hərbçilər attestasiyadan uğurla keçməlidirlər. “Biz əmin olmaq istəyirik ki, dövlətin təhlükəsizliyini qorumaq məsuliyyətini çiyinlərinə həvalə etdiyimiz hərbçilər bu yükü öz çiyinlərində daşıya bilərlərmi”, – deyə siyasətçi yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az