Ermənistan KTMT-dən çıxmayacaqbackend

Ermənistan KTMT-dən çıxmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan KTMT-dən çıxmaq fikrində deyil – Moskva bu mövqeyi rəhbər tutur.

Editor.az bildirir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib. O, aydınlaşdırıb ki, Ermənistan hakimiyyəti bu məsələnin gündəmdə belə olmadığını vurğulayır.

Rusiya-Ermənistan hərbi-texniki əməkdaşlığının inkişafından danışan Kopırkin Moskva və İrəvanın bağladığı demək olar ki, bütün müqavilələrin vaxtında və yüksək keyfiyyətlə tamamlandığına diqqət çəkib. Səfir əlavə edib ki, tərəflər bu sahədə yeni sazişləri də nəzərdən keçirir.

Eyni zamanda, diplomat TASS-a müsahibəsində qeyd edib ki, bəzi hallarda həqiqətən də Rusiya müəssisələrinin öhdəlikləri ilə bağlı çətinliklər yaranıb, lakin bunlar işlək məsələlərdir və hər iki tərəfin müvafiq idarələrinin dialoqu zamanı həll olunur. Hər iki ölkədə medianın işi ilə bağlı məsələlər eyni qaydada tənzimlənir: bu məqsədlə operativ rabitə kanalları yaradılıb. Kopırkin onu da xatırladıb ki, 2024-cü ildə Ermənistan Aİİ-yə sədrlik edəcək.

//Samir Qurbanov, Editor.az