Ermənistan KTMT-dən de-yure çıxacaq, əgər… – Nikol Paşinyanbackend

Ermənistan KTMT-dən de-yure çıxacaq, əgər… – Nikol Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Ermənistanın KTMT-də iştirakının dondurulmasının nə demək olduğunu izah edib.

Nikol Paşinyanın sözlərinə görə, hazırda İrəvan bir tərəfdən təşkilatda qərarların qəbulu prosesinə mane olmur, digər tərəfdən isə bu prosesdə iştirak etmir. O xatırladıb ki, hazırda Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur, İrəvan həm yüksək, həm də ali səviyyələrdə assosiasiyanın hadisələrinə məhəl qoymur.

“Biz təşkilatda çox aydın və birmənalı şəkildə, xüsusən də strukturun məsuliyyət zonasının Ermənistanda yerləşməsi ilə bağlı suallar qaldırırıq. Hələ də cavab almamışıq” – Nikol Paşinyan deyib. Ermənistan hökumətinin başçısı həmçinin bəyan edib ki, KTMT təhlükəsizlik sahəsində Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib və üstəlik, Ermənistan üçün bir çox problemlər yaradıb.

“Əgər məsələlər həllini tapmasa, biz bunu edəcəyik (yəni, KTMT-dən de-yure çıxacağıq – red.), başqa yolumuz yoxdur” – Nikol Paşinyan deyib.

//Samir Qurbanov, Editor.az