Ermənistan hələ də KTMT-nin üzvüdür.
Editor.az bildirir ki, bu sözləri Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib: “Biz hələ də KTMT-nin üzvüyük, lakin çalışmalıyıq ki, müəyyən edilmiş bütün mexanizmlər işləsin və buna ehtiyac var”, –Mirzoyan bildirib.
O, həmçinin KTMT-nin hərbi-siyasi birlik olduğuna diqqət çəkib, onun vəzifələrinə üzv ölkələrin sərhədlərinin qorunması daxildir: “Layiqli cavabın olmaması Ermənistan cəmiyyətində suallar yaradıb və biz qeyri-funksional mexanizmin bir hissəsi olmaq istəmirik”, Ermənistan naziri vurğulayıb.
//Samir Qurbanov, Editor.az

