“Ermənistan hələ münaqişə zamanından KTMT-ni prosesə cəlb etmək cəhdləri ilə Azərbaycan üzərində üstünlük əldə etməyə çalışırdı”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın yürütdüyü siyasət nəticəsində KTMT üzvləri arasında Ermənistana dəstək üçün bir konsensus olmadı:
“ Bunun 3 səbəbi var idi. Birincisi, Azərbaycanın Rusiya ilə müəyyən münasibəti mövcuddur. İkincisi, Qazaxıstanla normal əməkdaşlıq saxlanılır. Üçüncüsü, Belarus ölkəmizin səylərinə və siyasi qərarlarına dəstək olurdu. Postmünaqişə dövründə də Ermənistan hələ də KTMT-dən əlini üzməyib. Həmin 3 faktor bugün üçün də keçərlidir. KTMT Ermənistana dəstək üçün bir konsensus nümayiş etdirmir.
Sözügedən təşkilat daxilində “Azərbaycan-Ermənistan” sərhədinə hansısa qoşun göndərilməsi ilə bağlı qərar konsensusa əsaslanmalıdır. Amma bunun qəbul olunacağı inandırıcı deyil”.
//Safura Bənnayeva, Editor.az

