KTMT-nin “Qaya-2023” təlimlərində Ermənistandan xilasedicilər olmayacaq.
Editor.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.
Departamentdə deyilib ki, İrəvan belə bir qərarı “xilasetmə sektorunda işçilərin peşəkar iş yükü” ilə bağlı qəbul edib. “Qaya-2023” təlimləri sentyabrda Belarus ərazisində keçiriləcək. İştirakçılar radiasiya qəzasının nəticələrinin aradan qaldırılması zamanı lazim olan hərəkətləri məşq edəcəklər.
Xatırladaq ki, bundan əvvəl Ermənistan KTMT ölkələrinin “Sarsılmaz Qardaşlıq-2023” təlimlərinə ev sahibliyi etməkdən də imtina etmişdi.
//Samir Qurbanov, Editor.az

