Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT XİN Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Qeyd edək ki, iyunun 21-də Almatıda Qazaxıstan baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.
Görüşün yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı, bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.
Oxu.az

