Ermənistan KTMT xətti ilə keçirilən hərbi təlimləri buraxmaqda davam edir.
Belə ki, bu gün axşam saatlarında qurum Ermənistan tərəfinin “Qarşılıqlı fəaliyyət-2024”, “Axtarış-2024” və “Eşelon-2024” təlimlərində təmsil olunmayacağı barədə məlumat yayıb. Onların hamısı Qırğızıstanda baş tutacaq. Təlimlər sentyabrın 3-də başlayır və demək olar ki, iki həftə, sentyabrın 15-dək davam edəcək. Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını bildirib.
Bundan əvvəl xəbər vermişdik ki, erməni tərəfi KTMT-nin Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərinə də hərbçi göndərməyib.
//Samir Qurbanov, Editor.az