Ermənistan KTMT və Rusiyanı şantaj edir?-Açıqlamabackend

Ermənistan KTMT və Rusiyanı şantaj edir?-Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar KTMT 2022-ci il sentyabrın 15-də Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Ermənistana xüsusi missiya göndərilmişdi.

Həmin andan etibarən aparılan araşdırmaların nəticəsinin müzakirə edilməsi üçün 2022-ci il oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək.

Bununla əlaqədar Ermənistan baş naziri Nikol Paşinyan açıqlamasında bildirib ki, sözü gedən iclasda Ermənistanın ərazi bütövlüyünün bərpası ilə bağlı “yol xəritəsinin” qəbulu gözlənilir.

Məsələyə münasibət bildirən politoloq Zaur Məmmədovun fikrincə, KTMT və Avropa İttifaqının xüsusi missiyası Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən Rusiyaya şantaj vasitəsi kimi istifadə olunur:

“Əsas məqsəd isə bəllidir. Ermənistan baş naziri Nikol Paşinyan yaxşı bilirdi ki, 13-14 sentyabr insidenti zamanı KTMT öz ordusunu Azərbaycana qarşı yeridə bilməz. Hazırda Ukraynada müharibə davam edən bir vaxtda Ermənistan fürsətdən istifadə edərək vəziyyəti elə çevirdi ki, Avropa missiyası bölgəyə daxil ola bilsin. Fransa və Ermənistan arasındakı anlaşmaya əsasən bu hal baş verdi. ATƏT-in xüsusi missiyası heç bir iclas keçirmədən bir tərəfli qərar əsasında Ermənistana göndərildi. Avropa İttifaqının xüsusi missiyasının bu ərazilərə gəlməsi əslində başa düşülən deyil “.

Politoloq qeyd edir ki, KTMT məsələsində də Nikol Paşinyan şantajla məşğuldur: “Rusiya və KTMT bununla bağlı son qərarını verməlidir .Əvvəlcə erməni hərbi birləşmələri Qarabağdan çıxarılmalıdır. Bundan sonra Azərbaycanla Ermənistan arasında bəzi məsələlər müzakirə edilə bilər. Rusiya, Fransa, ABŞ və Avropa İttifaqı bölgə ilə bağlı qərar qəbul edərkən bunları da nəzərə alacaqlar”.

//Safura Bənnayeva, Editor.az