Ermənistan KTMT-yə üzvlük haqqı ödəməkdən imtina etdibackend

Ermənistan KTMT-yə üzvlük haqqı ödəməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, bu il ölkə hökuməti “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərara qoşulmaqdan çəkinəcək.

Ermənistan təşkilatın fəaliyyətini maliyyələşdirməyəcək: “Ermənistan 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərara qoşulmaqdan və bununla da təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək. Eyni zamanda, İrəvan bu qərarın məhdud formatda qəbul edilməsinə etiraz etməyəcək”, – deyə o, “Sputnik Ermənistan”a bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevral ayında ölkənin KTMT-də iştirakının dondurulduğunu bildirib.

//Samir Qurbanov, Editor.az