Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilən iki sənədi imzalamaqdan imtina edibbackend

Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilən iki sənədi imzalamaqdan imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfi MDB Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasında qəbul edilən iki bəyanatı imzalamaqdan imtina edib.

Editor.az bildirir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Bədəlyan verib. “Söhbət iki bəyanatdan gedir: “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında”, – Bədəlyan bildirib.

Xatırladaq ki, bu gün Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Ermənistandan isə nazir Ararat Mirzoyan orada iştirak edir.

//Samir Qurbanov, Editor.az