Ermənistan məktəblərində türk və Azərbaycan dillərinə maraq artıbbackend

Ermənistan məktəblərində türk və Azərbaycan dillərinə maraq artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Erməni məktəblərinin qonşu ölkələrin dilləri üzrə müəllimlərə ehtiyacı var. Editor.az bildirir ki, bunu Ermənistan Təhsil Nazirliyinin rəhbəri Janna Andreasyan deyib.
O, Nazirlər Kabinetinə 2022-ci ilin yekunlarına dair məruzəsində təhsil müəssisələrində region ölkələrinin dillərinin öyrənilməsinin könüllülük əsasında həyata keçirildiyini xatırladıb.
Təhsil nazirliyinin rəhbəri 400-dən çox erməni təhsil müəssisəsinin qonşu ölkələrin dillərinin öyrənilməsini öz proqramlarına daxil etmək istəyini ifadə etdiyini və bu sırada türk dilinin ən populyar olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan, fars və gürcü dillərinə də maraq artıb. Andreasyan eyni zamanda qeyd edib ki, dil müəllimləri axtarışına baxmayaraq, belə mütəxəssisləri tapmaq kifayət qədər çətindir.
  
  //Samir Qurbanov,Editor.az
Enter

Tahir

Planlaşdırılmayan səfər: NATO-nun baş katibi Ukraynaya gəlib Bu gün – aprelin 20-də NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə səfərə gəlib. Editor.az Ukrayna mediasına istinadən xəbər verir ki, Stoltenberqin Ukraynaya səfəri rəsmi olaraq açıqlanmayıb.