“Ermənistan məqsədli şəkildə bu addımları atır ki, Azərbaycan münaqişəyə başlasın”-AÇIQLAMAbackend

“Ermənistan məqsədli şəkildə bu addımları atır ki, Azərbaycan münaqişəyə başlasın”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mediası və teleqram kanalları yeni iddia ilə çıxış etməyə başlayıb: “Azərbaycan Ordusu Qarabağa və sərhədə canlı qüvvə-hərbi texnika toplayır”.

Ümumiyyətlə, Ermənistan tərəfindən mütəmadi olaraq tirajlanan və reallığı əks etdirməyən bu qəbildən xəbərlər hansı məqsədlərə xidmət edir?

Mövzunu Editor.az-a şərh edən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Ermənistan tərəfindən atəşkəsin pozulması və düşmən ölkə tərəfindən bunun fonunda aparılan informasiya siyasəti  geniş aspektdən qiymətləndirilməlidir:

“Bu addımlar Ermənistan və onun ərazisində mövcud olan Avropa İttifaqı missiyası tərəfindən siyasi institutlarda Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün atılır. Məqsədli şəkildə şərti sərhəddə atəşkəsi pozurlar, missiya bunu sənədləşdirir və Avropa parlamentinə  ölkəmizin atəşkəsi pozması kimi təqdim edir. Bunların fonunda da rəsmi Bakıya qarşı rəsmi bəyanatlar, qətnamələr hazırlanmasına çalışırlar. Yəni “fakt” kimi təqdim etməyə çalışırlar. Bütün bunlar Ermənistanın hiyləgər siyasətinin nəticəsidir”.

Hərbi ekspertin sözlərinə görə, Qarabağda atəşkəsin pozulması, qeyri-qanuni daşımaların həyata keçirilməsi, 25-ə yaxın yeni mövqenin qazılması artıq pərdəarxası məqamları üzə çıxarır:

“Xüsusilə də son vaxtlarda qeyri-qanuni hərbi birləşmələrin nümayəndələrini mülki formada bu işlərə cəlb edirlər. Məqsəd bundan ibarətdir ki, Azərbaycan mülki formada ermənini vursun və nəticədə “soyqırım” faktı kimi dəyərləndirilsin. Beləliklə də müxtəlif qüvvələrin çətiri altında öz ərazilərindəki missiyalardan Qarabağa da yerləşdirsinlər. Son zamanlar Qarabağda atəşkəsin pozulması halları intensiv hal alıb. Ölkəmizi antiterror əməliyyatı keçirməyə tələsdirirlər ki, bu planları baş tutsun. Əldə olunan faktları da beynəlxalq müstəviyə çıxarda bilsinlər. Rəsmi Bakı bunun fərqindədir və son məqama kimi sülh sazişini təklif edir. Lakin Ermənistan hər vəchlə buna mane olmağa çalışır. Antiterror əməliyyatının münbit vaxtdır. Bu prosesdə bütün məkrli niyyətləri nəzərə almaq lazımdır”.

//Safura Bənnayeva, Editor.az